Arvadını bıçaqlayan şəxs özünü asdı
Quba rayonunda həyat yoldaşını bıçaqlayan şəxs intihara cəhd edib.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun 1-ci Nügədi kənd sakini, 1967-ci il təvəllüdlü Fikrət Xalidov həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ceyran Xalidovaya üç bıçaq zərbəsi ilə ağır bədən xəsarəti yetirib. Daha sonra Bəxtiyar Xalidov yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar etmək istəyib. Evdə olan qohumları onun həyatı xilas edib. F.Xalidov və həyat yoldaşı Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Vəli Turan

538