Türkiyəni dəhşətə salan 2 olay
05 may 2011 19:39 (UTC +04:00)

Türkiyəni dəhşətə salan 2 olay

Bu gün Türkiyədə iki dəhşətli olay baş verib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, İstanbulun Pendik Güzelyalı məhəlləsində ər və arvad başından güllələnib.

Şeref Gürsoy və həyat yoldaşı Nedime Gürsoy evlərində öldürülmüş halda aşkarlanıblar. Polisin apardığı araşdırma zamanı az əvvəl 100 min dollara torpaq sahəsi satan Şeref Gürsoy ilə böyük qardaşı arasında pul bölgüsü ilə bağlı mübahisə yarandığı üzə çıxıb. Olayın bu məsələ ilə əlaqəsi araşdırılır.

Bu gecə Qaziantepin Konak məhəlləsində Ana Gül Aksoy, 14 yaşlı qızı Melisa, 8 yaşlı əkiz qızları Məleykə və Kadər evlərində başlarından tapança ilə vurularaq öldürülüblər. Ailənin 17 yaşlı qızı Gizəm atası ilə tez-tez mübahisə etdiyi üçün həmin gün babası evində qalıb və bu səbəbdən də qətliamdan qurtulub.


Olayla bağlı maraqlı nüanslar da var. Mayın 4-də axşam Aksoy ailəsinin evi önündə Cüma Ayhan adlı bir nəfər tapançadan atəş açıb. O, pul məsələsi ilə bağlı Adəm Aksoyla mübahisə etdikdən sonra havaya atəş açıb. Bundan sonra Adem Aksoy və Cuma Ayhan polis şöbəsində olub. Onlar ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Saat 06:00 radələrində evə dönən Adəm Aksoy uzun müddət qapını döysə də, qapını açan olmayıb. Pəncərənin şüşəsini qırıb evə daxil olan ata həyat yoldaşını və 3 qızını qanlar içərisində yataqda görüb. O, küçəyə çıxaraq insanlardan yardım istəyib və qonşuları polisə xəbər veriblər.


Gül Aksoyun bir həftə əvvəl saxta sənəd düzəltdiyi üçün azadlıqdan məhrum edilmiş, yalnız 2 ay əvvəl azadlığa çıxmış həyat yoldaşı Adəm Aksoyuqn yenidən bu işlə məşğul olması ilə bağlı polisə şikayət etdiyi də öyrənilib. Polis Adəm Aksoy və Cuma Ayhanı yenə saxlayıb. Adəm Aksoy polisə ifadəsində deyib ki, xanımını və qızlarını o öldürməyib, səhər evə gələndə cəsədləri ilə qarşılaşıb. Sorğu zamanı halı pisləşən Adəm Aksoy daha sonra sərbəst buraxılıb. Cuma Ayhan da ana və 3 qızın ölümü ilə əlaqəsi olmadığını bildirib və da ifadə verdikdən sonra sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar