“Europol”un hesabatı açıqlanıb
Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hesabatda bildirilir ki, Türkiyə ərazisi Avropa ilə bağlı narkotik vasitə və insan qaçaqmalçılığında əsas rolu oynayır. Sənəddə qeyd edilir ki, Avropa Birliyinə ən çox heroin Əfqanıstandan Türkiyə və Balkan ölkələrindən keçməklə gətirilir. Cinayətkar qruplaşmalar son illər Türkiyədən yan keçən Qara dəniz marşrutundan da istifadə etməyə üstünlük verməyə başlayıb. Narkotik yüklər İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Rumıniya, ya da son tranzit nöqtə Baltik ölkələri olmaqla, Avropaya daşınır.
Qərbi Afrikadakı cinayətkar şəbəkələr isə daha çox İstanbul üzərindən Skandinaviya ölkələrinə yüklərini daşıyır. Hesabatda vurğulanır ki, türk və alban dilində danışan cinayətkar şəbəkələr son illər Avropa Birliyi daxilində və xaricində ən fəal qrupdur. Türk cinayətkar şəbəkələri Qərbi Balkan ölkələrində heroin saxlanan anbarlar yaradır, bu yüklərin paylanmasında yerli qruplardan istifadə edir.
“Europol”a görə, son dönəmdə heroin ticarətində çəkisini artırmağa çalışan pakistanlı qruplar türk qrupları prosesdən kənarlaşdırmaq üçün İspaniya üzərindən Avropaya heroin aparmağa başlayıb. Avropa Birliyinin polis təşkilatı Mərakeşdə türklərin yaratdıqları cinayətkar qrupların da fəallaşdığını və gələcəkdə heroin ticarətində Mərakeşin adının daha tez-tez hallanacağını da vurğulayır.

447