Ərindən ayrılmaq istəyən 21 yaşlı gəlin özünü öldürdü - TƏFƏRRÜAT
05 may 2011 10:36 (UTC +04:00)

Ərindən ayrılmaq istəyən 21 yaşlı gəlin özünü öldürdü - TƏFƏRRÜAT

Lent.az-a verilən məlumata görə, rayonun İkinci Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 8-də yaşayan Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Alməmmədova Nuranə Tofiq qızı yaşadığı evin həyətindəki damda özünü asıb.

Qeyd edək ki, intihar etmiş 21 yaşlı N.Alməmmədova ailəli olub. Bir uşaq anası olan Nuranə həyat yoldaşı ilə birgə atasının onlar üçün öz həyətində tikdiyi evdə yaşayırlarmış. Lakin gənc ailə daxilində ziddiyyətlər olub. Ailə başçısı ilə N.Alməmmədova arasında yaranan ziddiyyətlər səbəbindən onlar məhkəməyə müraciət edib. Məhkəmənin cütlük üçün verdiyi vaxt da bir işə yaramayıb. Onlar tez-tez evdə dava edirmiş və nəticəsində mayın 4-də intihar hadisəsi baş verib.

Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar