Yaşar Əliyev DİN-in Baş Mühafizə İdarəsinə rəis təyin olunub
Baş Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bu ilin fevral ayında prezident İlham Əliyev Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov tutduğu vəzifədən azad edib. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb.

1338