Türkiyədə ərinin cinsi orqanını kəsən azərbaycanlı qadına hökm oxunub
05 may 2011 01:54 (UTC +04:00)

Türkiyədə ərinin cinsi orqanını kəsən azərbaycanlı qadına hökm oxunub

Türkiyədə ərini öldürdükdən sonra onun cinsiyyət orqanını kəsən azərbaycanlı qadına hökm oxunub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 47 yaşlı Züleyxa Qazıyeva bu ölkədə yaşaya bilmək üçün saxta nikaha girdiyi 37 yaşlı Faruk Karakulakı baltalayaraq öldürüb.


Təqsirləndirilən şəxs məhkəmədə ərinin onu dəfələrlə döydüyünü deyib. Sonuncu dəfə isə qadınla qeyri-ənənəvi cinsi əlaqəyə girmək istəyib. Ərinin təkidindən bezən qadın onu balta ilə öldürüb və sonra isə cinsi orqanını kəsib.


Artıq cinayəti törətmiş azərbaycanlı qadının məhkəməsi keçirilib. Z.Qazıyevayanın zorakılığa məruz qalması yüngülləşdirici hal kimi qiymətləndirilib və 16 il 8 ay müddətində həbs cəzasına məhkum edilib.


Qeyd edək ki, cütlük 7 il saxta nikahda yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar