“Sambeksk Yüksəkliklərində”
Mayın 8-də Rusiyanın Rostov vilayətində “Sambeksk Yüksəkliklərində” qələbə memorialı qarşısında 9 May Qələbə Günü münasibəti ilə mitinq keçiriləcək. Bu barədə Lent.az-a Rastov Vilayət Məclisinin deputatı, “Dünyada Sülh” İctimai Təşkilatının sədri, AMOR-un Rostov üzrə koordinatoru Fuad İbrahimov məlumat verib.
Aksiyada müharibə veteranları, Neklinovsk rayonunun rəhbərliyi və sakinləri, Rоstov Vilayət Məclisinin deputatları, eyni zamanda vilayətin Azərbaycan diasporu iştirak edəcək. AMOR və Dünyada Sülh İctimai Təşkilatının fəalları da aksiyaya qatılacaqlar.
Qeyd edək ki, “Sambeksk Yüksəkliklərində” qələbə memorialı 1970-ci illərdə Azərbaycanın iştirakı ilə ucaldılıb. Çünki Taqanroq və Rostovun Neklinovsk rayonlarının azad edilməsində azərbaycanlılardan təşkil edilmiş diviziya xüsusi rol oynayıb. Buna görə də bu diviziya “Taqanroq diviziyası” adlanıb. Abidə 1980-ci il mayın 7-də Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə açılıb.

665