Özünü asan oğulu anası xilas etdi
03 may 2011 13:23 (UTC +04:00)

Özünü asan oğulu anası xilas etdi

Bu gün Şamaxı şəhərində intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kələntərli küçəsində yaşayan 1975-ci il təvəllüdlü Malıyev Cəfər Poladxan oğlu yaşadığı mənzildə özünü asıb. Bu zaman qəribə səs eşidən C.Malıyevin anası oğlunun kəndirdən asılı vəziyyətdə görüb və hay-küy salıb. Nəticədə anası, bacısı və həyat yoldaşının köməkliyi ilə xilas edilən 36 yaşlı C.Malıyev xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən C.Malıyevin vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, C.Malıyev taksi sürücüsüdür. 3 uşaq atası olan şəxsin hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil, araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar