Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri qəzaya düşdü: 1 ölü, 1 yaralı
03 may 2011 11:41 (UTC +04:00)

Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri qəzaya düşdü: 1 ölü, 1 yaralı

Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində, Bərdə rayon sakini Xəlil Babayev “VAZ-2107” markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı dirəyə vurub.

Nəticədə X.Babayev hadisə yerində ölüb. Xəsarət almış sərnişini Natiq Camalov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Lent.az-a verilən digər məlumata görə, qəzaya düşmüş hər iki şəxs Ədliyyə Nazirliyinin əməkdaşıdır. Qəza nəticəsində ölən X.Babayev Bərdə Rayon Məhkəməsinin dəftərxana müdiri, yaralanan N.Camalov isə Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası baş idarəsinin Bərdə rayonu üzrə rəisidir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar