Orta məktəbdə ölüm hadisəsi
Mayın 2-də Bakıda fəaliyyət göstərən məktəblərdən birində ölüm hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 44 saylı orta məktəbin direktor müavini, təsərrüfat işləri üzrə məsul şəxs, 1946-cı il təvəllüdlü Qurbanov İsfəndiyar Muğum oğlu məktəb binasında ölüb.
Məlumata görə, 65 yaşlı direktor müavini möhkəm əsəbiləşib, müəllim və şagirdlərin gözü önündə yıxılıb. O, elə məktəb binasındaca keçinib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Müəllimin ürək çatışmazlığından öldüyü ehtimal olunur.
Nizam RZA

511