“Kamaz” çaya aşdı: ata öldü, oğul ağır yaralı
Mayın 2-də saat 03.30 radələrində Şabran rayonu ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Şabran rayonunun Şahnəzərli kəndi ərazisində baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bakı şəhər sakini Əli Qafarovun idarə etdiyi "KamAZ" markalı avtomaşın körpüdən çaya aşıb.
Nəticədə sürücü və onun avtomaşında olan oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan şəxsin vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırmalar aparılır.
Vəli Turan

490