Bakıda “Tuareg” ana və 10 yaşlı oğlunu vurdu
Aprelin 30-da Bakıda dəhşətli yol qəzası baş verib. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospekti 145 saylı binanın qarşısında Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Mürsəl Müşfiq oğlu idarə etdiyi 90 GX 199 nömrəli “Wolksvagen Tuareg” avtomobili ilə yolu keçmək istəyən ana-balanı vurub.
Nəticədə Tovuz rayonunda anadan olmuş 1970-ci il təvəllüdlü Qasımova Ofelya Yaqub qızı və onun 10 yaşlı oğlu Orxan ağır bədən xəsarətləri alıblar. O.Qasımova təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən ölüb. Onun oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA

565