“İstiqlal” tüfənginin Türkiyədə istehsalına başlana bilər
Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.
Bu iri çaplı snayper tüfənginin birgə istehsalına dair Türkiyə və Azərbaycan arasında ötən ilin sonlarında anlaşma əldə olunub. Bu ilin fevral ayında isə MKEK-lə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında imzalanmış müqavilədə birgə istehsal əksini tapıb.
Birgə istehsal olunacaq snayper tüfəngi Azərbaycanda hazırda sınaq testləri keçirilən modeldən xeyli fərqlənəcək. Silahın dizaynında, çəkisində və bəzi sistemlərində əhəmiyyətli dəyişikliklər ediləcək. Hazırda bununla bağlı tədqiqatlar aparılır, eyni zamanda texnologiyanın transferi həyata keçirilir.
Silahın Türkiyədə istehsal ediləcək modelinin həm Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına verilməsi, həm də MKEK-MSN əməkdaşlığı çərçivəsində digər NATO ölkələrinə və xarici bazarlara birgə çıxarılması nəzərdə tutulur.
İST-12.7 snayper tüfənginin Türkiyədə istehsalı Azərbaycanın ilk hərbi-texnoloji transferidir.
Qeyd edək ki, hazırda Azərbaycan «İstiqlal» snayperinin 14.5 çaplı versiyasının istehsalını da həyata keçirir.
İST-12.7 tüfəngi 12.7x108 mm çaplı güllələrdən atəş açır. Çəkisi 16 kq olan silah özünü doldurma qabiliyyətinə malikdir və 2000 metr məsafədəki hədəflərə qarşı effektiv tətbiq oluna bilir.

Oxşar yazılar

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu
26 iyul 2025 , 02:17
Goranboyda ildırım yanğına səbəb oldu
25 iyul 2025 , 23:00
Goranboyda "Jiquli" aşdı, yaralananlar var
25 iyul 2025 , 21:22
Gəncədə qadın sevgilisini bıçaqladı
25 iyul 2025 , 20:44
Bakıda kişi dənizdə batdı
25 iyul 2025 , 19:33
Ərinin xəyanətindən şübhələndi, nəticə faciə ilə bitdi
25 iyul 2025 , 19:22
Jurnalistlərdən rüşvət alan 3 polis HƏBS OLUNDU
25 iyul 2025 , 19:07