Bakıda polisdən gizlənən qız tutulub
29 aprel 2011 12:40 (UTC +04:00)

Bakıda polisdən gizlənən qız tutulub

Qaradağ rayon Polis İdarəsi oğurluqla məşğul olan qadını yaxalayıb. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Məhiyeva Züleyxa Əşrəf qızına ya məxsus içərisində 116 manat və mobil telefon olan pul kisəsini oğurlamış şəxs müəyyənləşdirilib. 1987-cü il təvəllüdlü Cəlilabad rayon sakini Ağayeva Elnarə Əli qızının yeri müəyyənləşdirilib və o, tutulub.

Bir ay müddətində polisdən gizlənməyi bacarmış 24 yaşlı E.Ağayevanın ətrafında əlavə araşdırmalar aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar