3 ayda yol qəzalarında 204 nəfər ölüb
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, cari ilin yanvar-mart ayları ərzində ölkə ərazisində 697 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 204 nəfər ölüb, 730 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarının sayı 180 (34,8%), həlak olanların sayı 25 nəfər (13,9%), yaralananların sayı isə 212 nəfər (40,9%) artıb.
Respublika ərazisində qeydə alınan yol nəqliyyat hadisələrindən 374-ü Bakı şəhəri ərazisində baş verib. Nəticədə 91 nəfər ölüb, 379 nəfər yaralanıb. 2010-cu ilin 1-ci rübü ilə müqayisədə qəzaların, həlak olanların və yaralananların sayı uyğun olaraq 129 (52,7%), 3 (3,4%) və 148 (64,1%) artıb.
Məlumatda, həmçinin, bildirilir ki, cari ilin 1-ci rübündə qeydə alınan yol qəzalarının 43,9%-ni (306) piyadaların vurulması təşkil edib. Nəticədə 95 piyada ölüb, 226 nəfəri yaralanıb.
Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 17 uşaq və yeniyetmə həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların 10-u, yaralananların isə 30 nəfəri piyadalardır.
Baş verən yol qəzalarında ümumilikdə həlak olan 204 nəfərdən 160-nı kişilər, 41-ni qadınlar, xəsarət almış 730 nəfərdən isə 533-nü kişilər, 197-ni qadınlar təşkil edib.

Oxşar yazılar

Əməliyyatdan sonra ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
14 may 2025 , 14:15
Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları tutuldu - VİDEO
14 may 2025 , 14:04
TikTok-da reklam olunan şirkətin rəhbəri tutuldu
14 may 2025 , 14:00
Bakıda iranlı narkobaronun toruna düşən qızla-oğlan tutuldu
14 may 2025 , 13:52
Qubada DƏHŞƏT: fəhlələri cərəyan vurdu, ölən var - YENİLƏNİB
14 may 2025 , 13:24
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 may 2025 , 13:01
Müdafiə Nazirliyinin keçmiş idarə rəisinin cəzası azaldıldı
14 may 2025 , 13:00