Günün tarixi
28 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1879. Bolqarıstanda Konstitusiya qəbul edilib

1908. Beynəlxalq Esperanto Assosiasiyası (UEA) təsis edilib

1916. Bəstəkar Ədilə Hüseynzadə anadan olub

1920. Qızıl Ordu Azərbaycanın əksər ərazisini işğal edib

1923. Oftalmoloq alim Zərifə Əliyeva anadan olub

1924. Fransız həkim Qaston Ramon difteriya əleyhinə vaksin hazırlayıb

1937. İraqın keçmiş prezidenti Səddam Hüseyn anadan olub

1945. İtalyan diktator Benito Mussolini sevgilisi ilə birgə edam edilib

1969. Fransa prezidenti Şarl de Qoll istefa verib

1977. Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi imzalanıb

1986. Görkəmli jurnalist Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru təyin edilib

1998. Naxçıvan MR-nın Konstitusiyası qəbul edilib

2003. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında Memorandum imzalanıb

2007. Bəstəkar Mstislav Rostropoviç Moskvada dəfn edilib

2009. Millət vəkili Rafael Allahverdiyev Ermənistandakı siyasi məhbuslara dair hesabatını AŞPA-nın sessiyasında təqdim edib

2009. Ermənistan və Türkiyə arasında “Yol xəritəsi”nin elan olunmasının ardından CHP lideri Dəniz Baykal Azərbaycan xalqından üzr istəyib.

Günün aforizmi

“Həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nihai qələbə həqqin və doğrunundur. Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!”

M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin Qızıl ordu tərəfindən işğalının 32-ci ildönümü münasibəti ilə müraciətindən (1952-ci il)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar