Qadın alveri ilə məşğul olan 2 qadın tutulub
27 aprel 2011 12:08 (UTC +04:00)

Qadın alveri ilə məşğul olan 2 qadın tutulub

Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Umu Quliyeva gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Şəki şəhər sakini Mübarək Babayevanın isə gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və o, saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar