Qubada torpaq sürüşməsi: 5 ev uçdu
26 aprel 2011 15:03 (UTC +04:00)

Qubada torpaq sürüşməsi: 5 ev uçdu

Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası yararsız hala düşüb.

Sakinlər bildiriblər ki, kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb.

Qeyd edək ki, həmin ərazidə ötən il də sürüşmə hadisəsi baş vermişdi.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar