Saatlıda ağır qəza: 1 ölü, 6 yaralı
26 aprel 2011 12:18 (UTC +04:00)

Saatlıda ağır qəza: 1 ölü, 6 yaralı

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şamaxı rayon sakini Zakir Məmmədovun idarə etdiyi “VAZ 2106” ilə Sabirabad sakini Vüsal Əkbərovun sürdüyü “VAZ 2107” toqquşub. Nəticədə hər iki sürücü, Z.Məmmədovun atası, anası və qardaşı, həmçinin “VAZ 2107”-də olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, Z.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar