78 yaşlı qadın Rusiya-Azərbaycan sərhədində öldü
26 aprel 2011 11:43 (UTC +04:00)

78 yaşlı qadın Rusiya-Azərbaycan sərhədində öldü

Rusiya-Azərbaycan sərhədində Samur sərhəd keçid məntəqəsində ölüm hadisəsi baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gecə saat 02:00 radələrində qeydə alınıb.

1933-cü il təvəllüdlü Tovuz rayon sakini Aynadan Əsgərova piyada keçid məntəqəsində Rusiyadan vətənə keçərkən baş verib.

Qusar Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra ölümün səbəbləri tam aydın olacaq. Meyit ekspertizadan sonra mərhumun ailəsinə təhvil verilib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar