Suriyadakı vətəndaşlarımızdan səfirliyə müraciət edən olmayıb
25 aprel 2011 13:13 (UTC +04:00)

Suriyadakı vətəndaşlarımızdan səfirliyə müraciət edən olmayıb

Azərbaycanın Suriyadakı səfirliyi işini normal rejimdə davam etdirir. Səfirlikdən APA-ya verilən məlumata görə, hazırda səfirlik tam tərkibdə fəaliyyət göstərir. Baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarından səfirliyə müraciət daxil olmayıb: “Biz Suriyada yaşayan vətəndaşlarımızla mütəmadi əlaqə saxlayırıq. Hələlik heç bir soydaşımız şikayətlə səfirliyimizə müraciət etməyib. Onları xəbərdar etmişik ki, istəyirlərsə, ölkəni tərk edə bilərlər. Səfirlik sənədlərin vaxtında hazırlanmasında onlara kömək etməyə hazırdır”.


Qeyd edək ki, Azərbaycanın Suriyadakı səfirliyinin məlumatına görə, hazırda bu ölkədə 100-dək soydaşımız yaşayır və təhsil alır.

Xatırladaq ki, bu gün Suriyada həlak olan nümayişçilərin dəfn mərasimi minlərlə insanın iştirak etdiyi aksiyaya çevrilib. Bəzi şəhərlərdə təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına atəş açıb. Nəticədə hər iki tərəfdən itkilər olub. Nava şəhərində toqquşmalar zamanı dörd aksiya iştirakçısı və beş polis dünyasını dəyişib. Dəməşq yaxınlığında isə bir müddət əvvəl keçirilən hökumət əleyhinə aksiyaların təşkilatçıları saxlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar