Gəlinin öz toyunda ölməsinin səbəbi araşdırılır - TƏFƏRRÜAT
25 aprel 2011 12:10 (UTC +04:00)

Gəlinin öz toyunda ölməsinin səbəbi araşdırılır - TƏFƏRRÜAT

Aprelin 24-də Qobustan rayonunda keçirilən toy mərasimi zamanı gəlinin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.


Lent.az-a verilən məlumata görə, aprelin 23-də Şamaxı şəhərindəki “Şamaxı” restoranında Cavanı kənd sakini, 1992-ci il təvəllüdlü İsgəndərova Afət Bilal qızı ilə Qobustan rayonunun Mərəzə qəsəbəsində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkün, 1988-ci il təvəllüdlü İsayev Alim Əli oğlunun toyu olub.

Qız toyu adlanan ilk mərasimdən sonra oğlan tərəfi gəlini Mərəzəyə aparacaqlarını və ertəsi gün oğlan toyu keçirəcəklərini bildirib. Onlar öz adətlərinə uyğun olaraq, gəlinin qız toyundan birbaşa oğlan evinə getməli olduğunu deyiblər və A.İsgəndərova Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinə aparılıb. 19 yaşlı gəlinlə bərabər onun xalası da qonşu rayona yola düşüb.


Ertəsi gün qızın qohumları Mərəzəyə, oğlan toyuna yola düşüblər. Günorta saatlarında toy başlayıb. Toy A.İsayevin ailəsinin məskunlaşdığı, Mərəzə qəsəbəsində fəaliyyətini dayandırmış üzüm emalı zavodunun həyətində qurulmuş çadırda keçirilib. Lakin saat 16.00 radələrində gəlinin vəziyyəti qəflətən pisləşib. O, tez xalasını çağırıb. Xalası yetişdikdə isə A.İsgəndərova halsız vəziyyətdə döşəmənin üzərində uzanıbmış. Təcili olaraq tibbi yardım maşını çağırılıb. Lakin qızın qayınanası gələn həkimlərin müdaxilə etməsinə icazə verməyib. O, “özüm həkiməm” deyərək irəli durub. Getdikcə qızın vəziyyətinin daha da pisləşdiyini görən həkimlər onu maşına mindirərək xəstəxanaya çatdırmaq istəsələr də, A.İsgəndərovanın həyatını xilas etmək mümkün olmayıb, o, yolda keçinib.


A.İsgəndərovanın müəmmalı şəkildə ölməsi ilə bağlı tibbi ekspertiza təyin olunub. Onun xəstəlikdə və ya zəhərlənərək ölməsi ehtimalı da araşdırılır. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Qobustan rayon Prokurorluğu araşdırmaları davam etdirir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar

Şuşada qısaqapanmaya görə 4 hektar ərazi yandı

Şuşada qısaqapanmaya görə 4 hektar ərazi yandı

26 iyul 2025 , 18:04
Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

26 iyul 2025 , 17:30
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34
Sumqayıtda əsəb xəstəsi  tibb müəssisəsində öldü

Sumqayıtda əsəb xəstəsi tibb müəssisəsində öldü

26 iyul 2025 , 13:39
Yenicə həbsdən çıxan Fuad Cam öldü

Yenicə həbsdən çıxan Fuad Cam öldü

26 iyul 2025 , 13:35