Gəncədə tənha yaşayan qız vəhşicəsinə öldürülüb
25 aprel 2011 10:39 (UTC +04:00)

Gəncədə tənha yaşayan qız vəhşicəsinə öldürülüb

Aprelin 24-də Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağamirzə Əhmədov küçəsi 23 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Verdiyeva Nuranə Elcan qızı yaşadığı evdə xüsusi amansızlıqla öldürülüb.

Naməlum şəxs 26 yaşlı qızın boğaz və baş nahiyəsindən kəsici alətlə çoxsaylı zərbələr vurub. N.Verdiyeva aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Qeyd edək ki, öldürülən qızın atası və anası xeyli müddətdir ki, ayrılıblar. Ailə həyatı qurmamış N.Verdiyev anası ilə birgə yaşayırmış. Bir həftə öncə anası onu evdə tək qoyaraq, Moskvaya yola düşüb.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədilməsi araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 121,1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar