Anar Məmmədxanov vəfat edib
23 aprel 2011 17:33 (UTC +04:00)

Anar Məmmədxanov vəfat edib

Milli Məclisin keçmiş deputatı, Şən və Hazırcavablar klubunda uğurla çıxış edən “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı Anar Məmmədxanov vəfat edib. Lent.az-ın mərhumun yaxın dostu Bəhram Bağırzadədən aldığı məlumata görə, o, bu gün təxminən saat 15:00 radələrində infarktdan dünyasını dəyişib.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə “Bakılı oğlanlar” komandası ilə bir yerdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Evli idi, 3 övladı qalıb.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1379

Oxşar yazılar