Şəmkirdə 17 yaşlı məktəbli öldürülüb
20 aprel 2011 12:37 (UTC +04:00)

Şəmkirdə 17 yaşlı məktəbli öldürülüb

Aprelin 19-da Şəmkir rayonunda qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Zəyəm Cırdaxan kənd sakini, 16 yaşlı Elnur Nəsibov mübahisə zəminində Düyərli kəndi sakini 17 yaşlı Səid Allahverdiyevi öldürüb. O, özündən 1 yaş böyük oğlanı ürəyindən bıçaqla vuraraq qətlə yetirib.

Qeyd edək ki, hər iki şəxs məktəblidir.


E.Nəsibov tutullub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar