Ağdamda film kimi qəza: 1 ölü, 2 yaralı
07 aprel 2011 12:53 (UTC +04:00)

Ağdamda film kimi qəza: 1 ölü, 2 yaralı

Aprelin 6-da Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası aş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Zəngişalı kəndi ərazisində Bəylər Süleymanovun idarə etdiyi “QAZ 2400” markalı avtomobil mağazaya çırpılıb. Daha sonra avtomobil hərəkət edərək mağazanın qarşısında dayanan iki nəfəri - Etibar İsmayılov və Ceyhun Mahmudovu vurub.

Nəticədə sürücü və hər iki piyada xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, C.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının həyatı üçün isə təhlükə yoxdur.

Faktla bağlı Ağdam RPŞ-da araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar