Bakıda 30 yaşlı qadın müəmmalı şəkildə yoxa çıxıb
07 aprel 2011 11:12 (UTC +04:00)

Bakıda 30 yaşlı qadın müəmmalı şəkildə yoxa çıxıb

Bu barədə Lent.az-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib. 9-cu mikrorayonda yaşayan 1981-ci il təvəllüdlü İsgəndərova Reyhan Səfalı qızı aprelin 1-də axşam saatlarında özünün idarə etdiyi avtomobillə işdən evə gəlib. Bir neçə dəqiqədən sonra isə qadın evdən çıxıb və bir daha geri qayıtmayıb.

Artıq bir sıra orqan və qurumlara sorğular göndərilib və nəticə müsbət olmayıb. 2 azyaşlı uşaq anası olan R.İsgəndərovanın hansı şəraitdə yoxa çıxması və hazırda harada olması araşdırılır.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar