Atəşkəs bir neçə istiqamətdə pozulub
07 aprel 2011 09:28 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-da saat 21.30-dan 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 23.14-dən 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 02.10-dan 02.15-dək və 02.20-dən 02.27-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Alxanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar