FHN-nin dalğıcları sudan iki meyit çıxarıb
06 aprel 2011 19:20 (UTC +04:00)

FHN-nin dalğıcları sudan iki meyit çıxarıb

Fövqəladə Hallar Nazirliyinin xilasedicilər 5 aprel 2011-ci il tarixində Kür çayının Sabirabad rayonu Yenikənd kəndi ərazisindən keçən nəzarət olunmayan hissəsində batmış 1936-cı il təvəllüdlü Mahmudov Gülbala Əlibaba oğlunun cəsədini çıxarıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dalğıc-xilasedicilər 75 yaşlı kişinin meyitini suda taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Digər meyit isə Xəzər dənizinin Azərbaycan sektorunda aşkarlanıb. 14 mart 2011-ci il tarixində dənizin Astara rayonu ərazisindən keçən hissəsində batmış 1988-ci il təvəllüdlü Allahverdiyev Samir İsmayıl oğlunun cəsədi sahildə tapılıb.
Qeyd edək ki, 75 yaşlı G.Mahmudov intihar etmək məqsədi ilə özünü Kür çayına atıb. 23 yaşlı Astara sakini S.Allahverdiyev isə balıqçı qayığının çevrilməsi nəticəsində boğulub.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar