Orta məktəbdəki qətllə bağlı istintaq davam edir
Aprelin 5-də Cəlilabad rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, işin istintaqını Cəlilabad rayon Prokurorluğu aparır: “Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir”.
Qeyd edək ki, hadisə aprelin 5-də saat 11:30 radələrində Cəlilabad şəhərindəki 7 saylı məktəbdə baş verib. Məktəbin şagirdi, 1996-cı il təvəllüdlü Mirələmov Vasif Təzəxan oğlu 1995-ci ildə anadan olmuş Həsənli Cavanşir Həsən oğlunu öldürüb. 8-ci sinif şagirdi olan V.Mirələmov 10-cu sinifdə oxuyan Cavanşirə bıçaqla zərbə endirib. Bıçaq 16 yaşlı şagirdin qara ciyərini zədələdiyindən onun həyatını xilas etmək mümkün olmayıb. V.Mirələmov saxlanılıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qətli törətmiş 15 yaşlı V.Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin rəhbəri Təzəxan Mirələmovun oğludur.
Öldürülən yeniyetmənin atası isə 10 il əvvəl daxili işlər orqanlarından xaric edilib.
Nizam RZA

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15