ABU-nun rektoru barəsində cinayət işi başlanmayıb
Ötən il fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev cinayət məsuliyyətinə cəlb edilməyib.
Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, bəzi KİV-də E. Abdullayev barəsində cinayət işinin başlanmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumatlar reallığı özündə əks etdirmir və təkzib olunur. İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması barədə tərəfimizdən ictimaiyyətə informasiya verilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, lakin hazırkı vaxtadək təqsirləndirilən və ya cinayət məsuliyyətinə cəlb edilən yoxdur”.
Qeyd edək ki, bu gün bəzi KİV-də E. Abdullayevin barəsində Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanması barədə məlumatlar yer alıb.

Oxşar yazılar

Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17
Ucar sakini narkozdan komaya düşdü, 81 gün sonra öldü
5 iyul 2025 , 17:09Kür çayında iki kater toqquşdu, yaralılar var
5 iyul 2025 , 17:03
Şəkidə Bakıdan olan ailə qəzaya düşdü: Yaralandılar - VİDEO
5 iyul 2025 , 15:29
Zaqatalada minik maşınları TOQQUŞDU: Ölən və yaralananlar var - YENİLƏNİB
5 iyul 2025 , 15:04