Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru yol qəzasında öldü
05 aprel 2011 20:08 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru yol qəzasında öldü

BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 126-cı km-də qeydə alınıb.

Respublika Prokurorluğunun əməkdaşı Elşən Oqtay oğlu Sadıqovun idarə etdiyi BR 478 tranzit nömrə nişanlı “Hyundai Sonata” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü E.Sadıqov dünyasını dəyişib, yanındakı sərnişin isə (yaşlı kişinin adı hələlik bəlli deyil) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mərhum E.Sadıqov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar