44 yaşlı kişi dəryazla boğazını kəsdi
05 aprel 2011 13:00 (UTC +04:00)

44 yaşlı kişi dəryazla boğazını kəsdi

Aprelin 4-də Ağdam rayonunda intihar hadisəsi baş verib. Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, Əhmədağalı kənd sakini, 1967-ci il təvəllüdlü Sadıqov Allahverdi Nəriman oğlu yaşadığı evin həyətində ot biçmək üçün istifadə olunan dəryazla boğazını kəsib. Lakin xeyli qan itirən 44 yaşlı kişi məqsədini sona çatdıra bilməyiblər. Yaxınları onu qan içində halsız vəziyyətdə aşkarlayıblar və Quzanlı qəsəbəsindəki xəstəxanaya gətiriblər.

Həkimlər xeyli qan itirən A.Sadıqovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, özünü öldürmək istəyən Ağdam sakini ailəli olub. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar