Ağır Cinayətlər Məhkəməsində gözyaşardıcı qazdan istifadə edilib
31 mart 2011 17:10 (UTC +04:00)

Ağır Cinayətlər Məhkəməsində gözyaşardıcı qazdan istifadə edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən Əziz Məmmədovun 14 il, Şəmil Babayevin 12 il, Niyaməddin Rüstəmovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu zaman təqsirləndirilən şəxslər və onların qohumları dövlət ittihamçısına etiraz ediblər. Prosesdə qalmaqal yaşanıb. Təqsirləndirilən şəxslər özlərinə xəsarət yetirmək istəyiblər. Zalda olan məhkəmə nəzarətçiləri onların təhlükəsizliyini təmin etmək üçün gözyaşardıcı qazdan istifadə ediblər. Prosesdə fasilə elan olunub. Fasilədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Ə. Məmmədov 12 il, Ş. Babayev 9 il, N. Rüstəmov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müxtəlif bəndləri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1259

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46