Bakıda zorlanan yeniyetmə qız yoxa çıxıb
Bu ilin fevral ayında Bakıda bir neçə şəxs tərəfindən cinsi zorakılığa məruz qalmış 15 yaşlı qız yoxa çıxıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, paytaxt sakini olan 1995-ci il təvəllüdlü S.R Novruz bayramından bir neçə gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qeyd edək ki, S.R. bu il fevralın 8-dən 19-dək müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb. Bu barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Belə ki, qızın harada olmasını araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib.
Bundan sonra polis qızın şikayəti əsasında 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlunu tutub. Hər iki şəxs 16 yaşı tamam olmamış yeniyetmə ilə cinsi əlaqədə olduğunu təsdiq edib. Ailəsinə təhvil verilən S.R onu Zair adlı daha bir şəxsin zorladığını da bildirib.
Araşdırma zamanı məlum olub ki, S.R fevralın 8-dən 19-dək tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomaşınla Mehdiabad qəsəbəsi, Xətai rayonunun UPD qəsəbəsi və digər ünvanlarda ona məlum olmayan evlərə aparılıb, orada həmin taksi sürücüsü və digər naməlum şəxslər tərəfindən fiziki zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
S.R-nın cinsi və sair fiziki zorakılığa məruz qalmasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və ekspertizanın ilkin rəyində həmin şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi təsdiqlənib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə istintaqın davam etdirilməsi Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.
Hazırda həmin qızın harada olması araşdırılır. Onun tapılması istiqamətində iş aparılır.
Nizam RZA

Oxşar yazılar

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 mart 2025 , 04:38
İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapıldı - FOTO
3 mart 2025 , 02:06
İmişlidə FACİƏ: 4 yaşlı uşaq şoka düşərək öldü
3 mart 2025 , 00:59
İsmayıllıda kirayədə yaşayan tələbənin MEYİTİ TAPILDI
2 mart 2025 , 19:11
Bakıda ağacları kəsdilər - Baş Prokurorluğa MÜRACİƏT
2 mart 2025 , 16:28
İftar üçün xoruz kəsən kişi FACİƏLİ şəkildə öldü
2 mart 2025 , 16:19
Biləsuvarda həmyerlisinə atəş açan şəxs saxlanıldı-YENİLƏNİB
2 mart 2025 , 15:05