Şamaxı yüksək vəzifəli məmurun oğlu narkotik satarkən tutulub
18 mart 2011 13:35 (UTC +04:00)

Şamaxı yüksək vəzifəli məmurun oğlu narkotik satarkən tutulub

Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə martın 17-də 1984-cü il təvəllüdlü Eminov Nahid Sahib oğlu çəkisi 6 qram olan qurudulmuş marixuananı həmyerlisi 1982-ci il təvəllüdlü Alıyev Məqatil Alı oğluna satarkən polis əməkdaşları tərəfindən tutulub. Əvvəllər məhkum olunmuş hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.

N. Eminovun Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Şamaxı rayon Qeydiyyat Şöbəsinin müdirinin oğlu olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar