Azərbaycana qaçan daha üç erməni hərbçi üçüncü ölkəyə getmək istəyir
17 mart 2011 11:30 (UTC +04:00)

Azərbaycana qaçan daha üç erməni hərbçi üçüncü ölkəyə getmək istəyir

Könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun 3 əsgəri öz istəyi və BMT-nin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə bir müddət əvvəl üçüncü ölkəyə göndərilib. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov bildirib. Bunlar 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçmiş Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyandır. Onların hansı ölkəyə göndərildikləri açıqlanmır.

Ş. Sayılovun sözlərinə görə, Azərbaycanda saxlanılan daha üç erməni hərbçi üçüncü ölkəyə göndərilmək arzusunu bildirib.

Ş. Sailov bildirib ki, bu gün bir Azərbaycan hərbçisi və bir mülki erməni şəxsin dəyişdirilməsindən sonra Azərbaycanda 3 erməni hərbçi, bir ailənin üzvü olan 5 mülki şəxs qalacaq.

Qeyd edək ki, bu gün saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan qarşı tərəfə, çavuş Anar Hacıyev isə Azərbaycana təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03