Oğurluq edib kredit ödədi
12 mart 2011 19:54 (UTC +04:00)

Oğurluq edib kredit ödədi

Qusar rayon Polis Şöbəsinin əməkdaşları oğurluq faktının üstünü açıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Əniqoba kənd sakini Raisa Aydınbəyovaya məxsus həyətyanı sahədən bir baş dananı oğurlamaqda şübhəli bilinən Qusar rayon Əniqoba kənd sakini, 1977-ci il təvəllüdlü Tofiq Nuriyev tutulub. İstintaqa ifadəsində T.Nuriyev hadisəni maddi imkansızlıq ucbatından törətdiyini bildirib. O, dananı Xaçmaz rayonunun Xudat şəhərində sataraq banka olan borcunu ödəyib.


Qusar rayon Polis Şöbəsinin müstəntiqi Rəşad Yunisov Lent.az-a bildirib ki, faktla bağlı AR CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar