Bakıda növbəti bomba xəbəri
Martın 12-nə keçən gecə saat 02.35 radələrində Sabunçu rayon Polis İdarəsinə naməlum şəxs zəng vurub. İdarədən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki taksofonlardan biri ilə 102 xidmətinə zəng vuran həmin şəxs metrostansiyalardan birində bomba yerləşdirilməsi ilə bağlı məlumat verib.
Naməlum şəxs belə deyib: “Mən terrorçuyam, metroya bomba qoymuşam, gedin, tapın!”
Lazımi tədbirlər görülüb, Bakı metropolitenin stansiyaları və ya qatarlarında hər hansı partlayıcı aşkarlanmayıb. Polisə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.
Nizam Rza

818