Hacıqabulda ailə faciəsi
Azərbaycanın Hacıqabul rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Hacıqabul rayonunun mərkəzində qeydə alınıb. Rayon sakini Fikrət Ələkbərov yaşadığı evdə, ailə üzvlərinin gözü qarşısında qardaşı arvadı Güldəstə Ələkbərovanı bıçaqlayaraq qətlə yetirib. F.Ələkbərov qətli törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
359