FHN iki körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb
05 mart 2011 12:05 (UTC +04:00)

FHN iki körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonunda baş vermiş və 2 azyaşlının ölümünə səbəb olmuş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Birinci Paşalı kəndində (rayon mərkəzindən 32 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kvadrat metr olan 4 otaqlı evin yanar konstruksiyaları və əşyalar yanıb, hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb.

Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibinin övladları - 2008-ci il təvəllüdlü Abdullyev Sahib Zaur oğlu və 2010-cu il təvəllüdlü Abdullayev Zaman Zaur oğlunun cəsədi aşkarlanıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar