Hacıqabulda baş verən yanğında bir ailənin iki azyaşlı uşağı yanaraq ölüb
04 mart 2011 18:34 (UTC +04:00)

Hacıqabulda baş verən yanğında bir ailənin iki azyaşlı uşağı yanaraq ölüb

Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi İlqar Namazov məlumat verib. Məlumatda bildirilir ki, yanğın bu gün saat 17.00 radələrində Abdullayev Zaur Əhəd oğluna məxsus evdə qeydə alınıb. Fərdi yaşayış evinin yanması nəticəsində Zaur Abdullayevin iki azyaşlı oğlu yanaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar