DİN: “Mur Ay”ın direktorunun tutulması üçün lazımi tədbirlər görülür
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a bildirib ki, ötən il noyabrın 4-də Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsi, 18 ünvanında tikilmiş mənzillərin bir neçə şəxsə satılması faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Bununla əlaqədar, 1 fevral 2011-ci ildə “Mur-Ay” MMC-nin sədr müavini Sultanov Bəybala Qabil oğlu, 15-16 fevral 2011-ci tarixdə isə mütəşəkkil dəstənin üzvləri Məmmədbəyli Qalib Məmməd oğlu, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Muxtarov Novruz Şükür oğlu, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Söhbətov Vaqif Mehdixan oğlu, cəmiyyətdə satış üzrə menecer işləyən Ağayev Səhliyar Meyxoş oğlu və Səfərov Seyfəddin Ədalət oğluna Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2 maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilməklə barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
“Mur-Ay” MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi sübut olunduğu üçün təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul olunub, lakin istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilib. Hazırda onun tutularaq istintaqa təqdim edilməsi üçün lazımi tədbirlər həyata keçirilir.
“Təəssüf ki, bəzi mətbuat orqanları Elxan Hüseynovun tutulmamasını «başqa səbəblər»lə, aldadılmış vətəndaşların pulunun guya Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinə xərclənməsi faktının onun tərəfindən ictimailəşdiriləcəyi ilə əlaqələndirməyə çalışır, bu barədə heç bir hüquqi və məntiqi əsası olmayan, həqiqətdən uzaq, böhtan və qeybət xarakterli məlumatlar yayır. Rəsmi şəkildə bildiririk ki, “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinin aparılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və istintaq materialları ilə birmənalı şəkildə təkzib olunur”-deyə O.Mansurzadə vurğulayıb.
Nizam

715