Ombudsmanın müraciətindən sonra 41 polis cəzalandırılıb
Lent.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova parlamentdə illik hesabatındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il qeydə alınmış hüquq pozuntularından 51-i vətəndaşa kobud rəftar, 38-i əsassız yoxlama, 46-sı polisə əsassız gətirmə, 22-si sürücülərin hüquqlarının pozulması, 5-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 9-u isə digər faktdır.
Elmira Süleymanova ötən il ərzində daxili işlər orqanları ilə əməkdaşlığın nəticəsi olaraq, bu sahədə xeyli irəliləyişin əldə edildiyini bildirib. Onun sözlərinə görə, Müvəkkilin Daxili İşlər Nazirliyinə bilavasitə müraciətləri üzrə aparılmış yoxlamalar nəticəsində 14 fakt üzrə polis əməkdaşları tərəfindən qanunvericiliyin, nazirliyin aidiyyəti normativ hüquqi aktlarının pozulması müəyyən edildiyindən nazirin müvafiq əmri ilə 41 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. O cümlədən 2 əməkdaş daxili işlər orqanlarında xidmətdən azad edilib, 6 əməkdaş tutduğu vəzifədən azad olunub, 3-nə qarşı başqa növ intizam tədbirləri görülüb.
E.Süleymanova deyib ki, intizam məsuliyyətinə cəlb edilənlərdən 12-si cinayət axtarış, 13-ü ictimai təhlükəsizlik, 4-ü istintaq və təhqiqat, 3-ü yol patrul, 9-u digər xidmət sahələrinin əməkdaşıdır.
Elxan Salahov

Oxşar yazılar

Telefonun batareyası ustanın əlində partladı - VİDEO
29 may 2025 , 02:45
22 yaşlı kuryer qız üstündə amandızcasına döyülüb bıçaqlandı
28 may 2025 , 23:24
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
28 may 2025 , 18:32
Evdən təqaüdçülərin meyitləri tapıldı
28 may 2025 , 17:55
Bakıda FACİƏ: marketdə iki nəfəri cərəyan vurub öldürdü
28 may 2025 , 15:57
Neftçalada təmir zamanı evdə PARTLAYIŞ: ölən var - YENİLƏNİB
28 may 2025 , 15:36
Çeçenistanda PARTLAYIŞ: azərbaycanlının bədəninin yarısı yandı
28 may 2025 , 15:22