Həyat yoldaşını öldürən Qəbələ sakini intihar edib
04 mart 2011 12:52 (UTC +04:00)

Həyat yoldaşını öldürən Qəbələ sakini intihar edib

Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib.

Qəbələ rayonu, Savalan kənd sakini Mehman Bəkirov rayon ərazisində yerləşən qəbiristanlıqda odlu silahla özünü öldürüb. Dərhal hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Araşdırmalar nəticəsində intihar edənin həyat yoldaşını öldürdüyü üçün axtarışa verilən şəxs olduğu məlum olub.

Belə ki, bir neçə gün əvvəl Qəbələ rayonu, Savalan kənd sakini Mehman Bəkirov, keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Yusifovanı ov tüfəngindən atəş açaraq qətlə yetirib. M. Bəkirov keçmiş həyat yoldaşını öldürdükdən sonra qaçıb. İlkin məlumata görə, hadisəyə əmlak üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar