Atasını döyüb-öldürən şəxsə hökm oxunub
03 mart 2011 16:00 (UTC +04:00)

Atasını döyüb-öldürən şəxsə hökm oxunub

Lent.az-ın məlumatına görə, hakim Hakim Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, R.Atakişiyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hadisə 2010-cu il noyabrın 12-də baş verib. Rövşən Atakişiyev ailə münaqişəsi zəminində atasını döyüb. O, sərxoş vəziyyətdə 64 yaşlı atası Vahid Atakişiyevlə mübahisə edib. Nəticədə atasına bir neçə yumruq zərbəsi endirib. V.Atakişiyev aldığı zərbələrdən yıxılıb və başından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən V.Atakişiyev noyabrın 24-də orada ölüb.

Rövşən Atakişiyev 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub.


Nizam Rza


.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar