2010-cu ildə 18 nəfər daxili işlər, 5 nəfər isə prokurorluq orqanlarından çıxarılıb
Onlardan 51-ni vətəndaşlarla kobud rəftar, 38-ni əsassız saxlama, 46-nı polisə əsassız gətirmə, 22-ni sürücülərin hüquqlarının pozulması, 5-ni əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-nü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 9-nu isə digər faktla təşkil edib. APA-nın xəbərinə görə, bu faktlar Ombudsmanın Milli Məclisə təqdim etdiyi hesabatda yer alıb. Bildirilib ki, bu cür neqativ hərəkətlərə yol verən 276 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub, 20 əməkdaş tutduğu vəzifədən azad olunub, 238 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.
Prokurorluq orqanları ilə bağlı daxil olan şikayətlər əsasında isə 2010-cu ildə icra və əmək intizamının pozulmasına, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə, 83 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 50 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 5 əməkdaş tutduğu vəzifədən azad olunub, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə görə, 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Hesabatda qeyd olunub ki, ötən dövrdə prokurorluq orqanları ilə bağlı müvəkkilin ünvanına 565 şikayət daxil olub. Həmin şikayətlərin bir çoxu Baş Prokurorluqla ilə əməkdaşlıq şəraitində araşdırılıb, zəruri addımlar atılıb.

475