Xaçmazda əkin sahələrini və həyətləri su basıb
Ərazinin bələdiyyə sədri Gülağa Əhmədov Lent.az-ın bölgə müxbirinə bildirib ki, bu sahələr kənd sakinlərinə məxsusdur. G.Əhmədovun sözlərinə görə, həmin ərazidə yerləşən daha bir kənddə - Niyazobada evlərin həyətlərini su basıb. Bələdiyyə sədri prosesin bölgə yağan güclü qardan sonra baş verdiyi deyib.
Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Bəybala Poladov Lent.az-a bildirib ki, hadisəyə son bir neçə gün ərzində əraziyə yağan güclü yağıntı səbəb olub. Həmin ərazilərə yığılıb qalan suların axıdılması üçün yer olmadığından bu cür problemlər yaşanıb. Onun sözlərinə görə, əraziyə idarənin əməkdaşları və texnika göndərilib.
Problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Vəli Turan

468