“Azərenerji”nin sabiq prezidentinin oğlu Kamal İmanov axtarışdadır - FOTO
Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən məlumat verilib. K. İmanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi üzrə təqsirləndirildiyi açıqlanıb. Polis İdarəsindən həmçinin bildirilib ki, K. İmanov hazırda Azərbaycanda olmadığı üçün onu həbs etmək mümkün olmayıb. Buna baxmayaraq, polis K. İmanovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, K. İmanovun millət vəkili Qüdrət Həsənquliyevin qardaşı Nadir Həsənquliyevin qətlinin sifarişçisi olduğu iddia edilir. N. Həsənquliyev 2001-ci ildə qətlə yetirilib. Qətli törədən Anar İsmayılov hadisəni münaqişə zəminində törətdiyini bildirsə də, zərərçəkmiş tərəf cinayətin "Azərenerji"nin keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib. Lakin bütün bunlar rəsmi təsdiqini tapmayıb.

1466