FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb
28 fevral 2011 18:32 (UTC +04:00)

FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 fevral 2011-ci il tarixində saat 14:54-də Qəbələ şəhərindən 17 km cənub-qərbdə 12 ballıq cədvəl üzrə episentrdə 4,0 bal gücündə zəlzələ baş verib. Zəlzələ Qəbələ və Ağdaş rayonlarında 3,5, Şəki rayonunda 3,0, İsmayıllı, Oğuz və Şamaxı rayonlarında 2,5, Göyçay rayonunda isə 2,0 bal gücündə hiss olunub.


İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar